• Bakı C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.8437

    RUB - 0.0242

DÇ-2022: Niderland 1/4 finala ilk vəsiqəni qazandı - YENİLƏNİB

İDMAN

03 Dekabr 2022 | 20:55

DÇ-2022: Niderland 1/4 finala ilk vəsiqəni qazandı - YENİLƏNİB

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 1/8 final mərhələsində ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn kollektiv növbəti raunda yüksəlib.

İlk qolu 10-cu dəqiqədə Avropa təmsilçisinin heyətində Memfis Depay vurub. 45+1-ci dəqiqədə Deyli Blind fərqi iki topa çatdırıb. Amerikalılar 76-cı dəqiqədə Hadji Raytın qolu ilə ümidlənib. Lakin 81-ci dəqiqədə Denzel Dümfriz yenidən fərqi iki topa çatdırıb və görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində 1/4 finala adlayan Niderlandın bu mərhələdəki rəqibi Argentina – Avstraliya cütünün qalibi olacaq. 1/4 final matçı dekabrın 9-da keçiriləcək.

 

20:47

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 4-cü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 81-ci dəqiqədə Denzel Dümfriz niderlandlıların 3-cü qolunun müəllifi olub - 3:1.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 3-cü qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 76-cı dəqiqədə amerikalıların heyətində Hadji Rayt hesab arasındakı fərqi minimuma endirib - 1:2.

 

20:07

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk yarıdan sonra niderlandlılar hesabda öndədir - 2:0.

 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki,  komandalar fasiləyə Avropa təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yollanıblar.

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 45+1-ci dəqiqədə fərqlənən Deyli Blind Niderlandı 2:0 hesabı ilə önə keçirıb.
 

19:22

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, 10-cu dəqiqədə Memfis Depay niderlandlıları hesabda önə keçirib.

 

19:01

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

17:53

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki,  komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


SON XƏBƏRLƏR

30 Yanvar 2023