• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ronaldo DÇ-2022-nin ən pis oyunçular komandasına daxil edildi

İDMAN

04 Dekabr 2022 | 09:48 | Müəllif: Subhan Mahmudov

Ronaldo DÇ-2022-nin ən pis oyunçular komandasına daxil edildi

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatının qrup mərhələsinin ən pis oyunçularının simvolik komandasına daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "SofaScore" statistik portalında məlumat yayılıb.

Ronaldo qrup mərhələsinin sonunda 6,37 xal toplayıb. Hücumçu üç görüşdə bir dəfə rəqib qapılarına yol topa bilib. Belə ki, portuqaliyalı oyunçu sadəcə Qana ilə oyunda penaltidən dəqiq zərbə endirib.

Ən pis oyunçular komandasına Qətər millisinin 4 futbolçusu da daxil edilib: Meşal Barşim, Homam Əhməd, Kərim Budiaf və Almoez Əli. Siyahıda həmçinin kosta-rikalılar Fransisko Kalvo və Oskar Duarte, kanadalılar Alister Conston və Tajon Buşanan, avstraliyalı Metyu Leki və Səudiyyə Ərəbistanını təmsil edən Abdulela Əl-Malki yer alıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026