• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

DÇ-də ən çox qol vuran “Barselona” futbolçularıdır

İDMAN

04 Dekabr 2022 | 09:00

DÇ-də ən çox qol vuran “Barselona” futbolçularıdır

“Barselona” dünya çempionatında oyunçularının qollarının sayına görə klublar arasında birinci olub.

Bakıvaxtı.az xəbər verir ki, DÇ-2022-nin 1/8 final mərhələsinin Niderland - ABŞ matçında kataloniyalı hücumçu Memfis Depay matçın 10-cu dəqiqəsində “narıncıları” irəli çıxarıb. Bu qol “Barselona”nın futbolçuları üçün DÇ matçlarında 80-ci qol olub.

Depaydan başqa, Qətərdəki turnirdə digər “katalonlar” da fərqləniblər: İspanlar Ferran Torres (2) və Qavi, polyak Robert Levandovski, danimarkalı Andreas Kristensen və niderlandlı Frenki de Yonq.

Dünya çempionatlarında 79 qolu “Bavariya”, 75-ini “Real”, 71-ini isə “İnter”in futbolçuları vurublar.


SON XƏBƏRLƏR

18 Aprel 2024