• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“Qəbələ” “Səbail”lə oyunda  qələbə qazandı

İDMAN

03 Dekabr 2022 | 16:32

“Qəbələ” “Səbail”lə oyunda  qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edib.

Oyunda hesabı qonaqlar açıblar. Qarşılaşmanın 4-cü dəqiqəsində Luvaqqa Kizito erkən qolla “Səbail”i hesabda önə çıxarıb.

“Qəbələ” 35-ci dəqiqədə status-kvonu bərpa edib. Fares Abu Akel dəqiq oynayıb.

İlk hissə bərabərliklə yekunlaşıb.

İkinci hissədə daha bir qol vuran meydan sahibləri matçı qalibiyyətlə başa vurublar. Ruan Renato 63-cü dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.

Bu nəticə ilə xallarının sayını 24-ə yüksəldən “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. “Səbail” isə 10 xalla 8-cidir.

Qeyd edək ki, turun açılış oyununda dünən “Qarabağ” “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.

Bu gün isə saat 17:00-da başlayacaq görüşdə “Sabah” – “Şamaxı” ilə oynayacaq.

Tura dekabrın 4-də “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.


SON XƏBƏRLƏR