• Bakı 17° C

    3.34 m/s

Qarabağ əlilini işlədib pulunu vermədilər - Kafeyə salıb DÖYDÜLƏR

HADİSƏ

10 Mart 2022 | 13:09

Qarabağ əlilini işlədib pulunu vermədilər - Kafeyə salıb DÖYDÜLƏR

Sabirabad rayonunda Birinci Qarabağ müharibəsi əlilinin döyülməsi ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. İddialara görə, rayonun “Bakı dairəsi” adlanan ərazisində sabirabadlı iş adamlarından birinə məxsus kafedə aşpaz işləyən Qalaqayın kənd sakini R. Əliyev maaşını ala bilmədiyini bildirib. Onun sözlərinə görə, gündəlik 20 manata çalışsa da, 4 aydır ona maaş verilmir. Şikayətçi onu da bildirib ki, ona maaş vermək əvəzinə hətta kafeyə apararaq döyüblər.

Faktla bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu işlə bağlı araşdırmalar aparılır:

“Sabirabad rayonu Qalaqayın kənd sakini R.Əliyev mart ayının 8-də DİN-in "102" xidmətinə, daha sonra isə Sabirabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, rayon ərazisində yerləşən kafelərin birində aşpaz işlədiyini, kafenin icarədarından əmək haqqını istəyən zaman isə onun pulunun verilmədiyini və sifət nahiyəsinə xəsarət yetirildiyi bildirilib.

Daxil olmuş müraciətlə bağlı rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırmalara başlanılıb, şikayətçinin aldığı xəsarətlərlə bağlı Məhkəmə Tibbi Ekspertiza təyin olunub.

Araşdırmaların və ekspertizanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026