• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Şəmkirdə evdə YANĞIN - Azyaşlı xəsarət aldı

HADİSƏ

08 Aprel 2022 | 14:15

Şəmkirdə evdə YANĞIN - Azyaşlı xəsarət aldı

Şəmkirdə yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsi, Səməd Vurğun küçəsində qeydə alınıb.

Qəsəbə sakini 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus, ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı evdə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 3 otaqlı evin mətbəxi yanıb, ev yanğından mühafizə olunub. Ev sahibinin övladı, 2016-ci il təvəllüdlü Rəvan Əliyev alovun içindən yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR