• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda zəncirvari qəza: xəsarət alan var

HADİSƏ

09 Aprel 2022 | 01:27 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda zəncirvari qəza: xəsarət alan var

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək dayanan maşına çırpılıb. Daha sonra eyni istiqamətdə olan “VAZ-2107” markalı avtomobil “Mercedes”ə çırpılıb (apa). Qəza nəticəsində “Mercedes”də olan bir nəfər xəsarət alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026