• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəldi

İDMAN

10 Aprel 2022 | 20:26

"Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, çempionatın lideri "Qarabağ" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 16-cı dəqiqədə Kadi Borges vurub. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda da hücumlarını davam etdirən Ağdam klubu 67-ci dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi artırıb. Oyunda son nöqtəni isə Leandro Andrade qoyub. 69-cu dəqiqədə fərqlənən kabo-verdeli yarımmüdafiəçi yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmləndirib. 14 xalı olan "Sumqayıt" isə 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" səfərdə "Şamaxı"ya 2:1, "Sabah" isə evdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Səbail" - "Qəbələ" matçı ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026