• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İstanbul derbisi heç-heçə yekunlaşdı

İDMAN

08 May 2022 | 23:40 | Müəllif: Qalib İbrahimoğlu

İstanbul derbisi heç-heçə yekunlaşdı

Türkiyə çempionatının 36-cı turu çərçivəsində “Beşiktaş” - “Fənərbahçe” derbisi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, “Vodafone Park” arenasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı matçın altıncı dəqiqəsində “Fənərbahçe”nin çexiyalı müdafiəçisi Filip Novak açıb. Üç dəqiqə sonra "Beşiktaş"-lı Mişi Batşuayi penalti zərbəsini qola çevirə bilməyib.

Matçın 31-ci dəqiqəsində “Beşiktaş” yenidən penalti vurmaq hüququ qazanıb. Bu dəfə Rəşid Ghezzal 11 metrlik zərbəni dəqiq vuraraq hesabı bərabərləşdirib.

Görüşdən sonra "Fənərbahçe" 69 xalla turnir cədvəlinin ikinci pilləsində, "Beşiktaş" isə 55 xalla 7-ci yerdə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026