• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Di Mariya "Barselona"nın cavabını gözləyir

İDMAN

07 Iyun 2022 | 00:45 | Müəllif: Subhan Mahmudov

Di Mariya "Barselona"nın cavabını gözləyir

Bu mövsüm başa çatdıqdan sonra PSJ-dən ayrılan Anxel Di Mariya "Barselona"da oynamaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, argentinalı yarımmüdafiəçi mayda Kataloniya təmsilçisinə təklif edilib. Ancaq klub 34 yaşlı oyunçunun transferini hazırda prioritet seçim kimi düşünmür.

Bununla belə, Usman Dembelenin potensial gedişi və “Lids”dən Rafinya Diasın transferi ilə bağlı çətinliklər yaşansa, Di Mariya "Barselona"nın seçimi ola bilər.

"Yuventus" isə argentinalını transfer etmək istəyir. Ancaq oyunçu Kataloniya klubunun qərarını gözlədiyi üçün Turin təmsilçisinin təklifinə hələ cavab verməyib. 

Di Mariya "Barselona"da oynayacağına ümid edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026