• Bakı 17° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

"Qəbələ" - "Neftçi" oyununda insident 

İDMAN

09 May 2022 | 21:01 | Müəllif: Subhan Mahmudov

"Qəbələ" - "Neftçi" oyununda insident

Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVI tur matçında insident baş verib.

Bakıvaxtı.az "report"-a istinadən bildirir ki, buna qonaq komandanın müdafiəçisi Mamadu Mbocun meydan sahiblərinin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub.

Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.

Qeyd edək ki, hazırda görüşdə fasilədir və hesab açılmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR