• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Neftçi”nin baş məşqçisi bu gün bəlli olacaq

İDMAN

08 Iyun 2022 | 10:32

“Neftçi”nin baş məşqçisi bu gün bəlli olacaq

Bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçiriləcək.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı saat 16:00-da başlayacaq. İclasın gündəliyinə hesabatların dinlənilməsi, A və B komandaların baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi və təsdiqi, növbəti mövsümün büdcəsi və digər məsələlər daxildir.

Qeyd edək ki, hazırda "Neftçi"nin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri belaruslu mütəxəssis, BATE və SSKA-nın (Moskva) da çalışdırıcısı olmuş Viktor Qonçarenkodur.

Əlavə edək ki, 2019/20 və 2020/21 mövsümlərində "Neftçi"nin baş məşqçisi olmuş Samir Abasovla müqavilənin müddəti son mövsümün yekununda başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026