• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Yuventus” Türkiyə yığmasının futbolçusunu transfer edib

İDMAN

08 Iyul 2022 | 09:54

“Yuventus” Türkiyə yığmasının futbolçusunu transfer edib

Türkiyənin aşağı yaş qrupu üzrə yığma komandasının futbolçusu Kenan Yıldız İtaliyaya köçüb.

Bakıvaxtı.az xəbər verir ki, ötən mövsümü “Bavariya”da keçirən 17 yaşlı yarımmüdafiəçi “Yuventus”la müqavilə bağlayıb.

Almaniya çempionundan ayrıldıqdan sonra azad agent statusu alan gənc pleymeyker “Barselona”nın da maraq dairəsində idi. Lakin İspaniya klubunu qabaqlayan “qoca sinyora” türkiyəli futbolçunu heyətinə qatıb.

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Kenan Yıldız bu klubun U-19 komandasına qədər yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026