PSJ bu yay hücumçu Mauro İkardi ilə yollarını ayırmaq istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb. Komanda rəhbərliyi argentinalı ilə müqavilə imzalayanda ondan fərqli səviyyəli oyun gözləsə də, bu baş verməyib. Bu səbəbdən klub 29 yaşlı oyunçu ilə yolları ayırmaq istəyir.
Qeyd edək ki, İkardi ötən mövsüm PSJ-nin heyətində 30 oyuna çıxıb və 5 qol vurub. Onun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
















