UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ludoqorets"in (Bolqarıstan) futbolçusu Noa Sonko Sundberq 2024/2025 mövsümünün sonuna qədər Türkiyə Superliqasında çıxış edəcək.
Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı müdafiəçi icarə əsasında qardaş ölkə təmsilçisi "Sivasspor"a keçib.
Qeyd edək ki, Qambiya millisinin üzvü ötən mövsüm "Ludoqortets"in heyətində 36 matçda meydana çıxıb və 2 qol vurub.