• Bakı 20° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Qaz və işıqda sabit tarif: Əvvəl mövcud çatışmazlıqlar aradan qaldırılmalıdır

CƏMİYYƏT

17 Iyun 2025 | 10:49

Qaz və işıqda sabit tarif: Əvvəl mövcud çatışmazlıqlar aradan qaldırılmalıdır

Ölkədə elektrik enerjisi və qazın ödənilməsində sabit tarifin tətbiq olunacağı ilə məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bir qisim bu tarifin tətbiqini doğru addım saysa da, digər qisim xüsusən də yaşayış olmayan ev sahibinə tarifin tətbiq olunması qaydasını xoş qarşılamayıb. Müzakirələrə görə, sabit tarifin tətbiqi zamanı hər bir abunəçiyə individual yanaşılmalıdır.

Bəs görəsən, sabit tarif tətbiqi məqsədəuyğundurmu?

İqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.

O bildirib ki, enerji daşıyıcıları üzrə istehlakçılara sabit tarifin tətbiq olunmasının mahiyyətini və nə dərəcədə məqsədəuyğun olub-olmadığını öncədən söyləmək çətindir.

Onun sözlərinə görə, bu tarif dünya praktikasında tətbiq olunsa da, ölkəmizdə hansı mexanizm əsasında təqdim ediləcəyi reallaşdırılcağı tam bəlli deyil:

“Məlumdur ki, enerji daşıyıcılarının qiyməti dövlət tərəfindən tənzimlənir, bu sahədə tələb və təklifin birbaşa təsiri özünü göstərmir. Bundan başqa, enerji daşıyıcıları sahəsində istehlakçılara xidmət edən qurumlar mövcud tariflərin maya dəyərinə uyğun olmamasından şikayətçidirlər”.

Pərviz Heydərov: Bu tarifin hansı mexanizm əsasında təqdim ediləcəyi reallaşdırılcağı tam bəlli deyil

Müsahibimizə görə, yaxşı olar ki, sabit tarif tətbiq olunmadan öncə kommunal xidmət göstərən qurumlarda səmərəlilik dərəcəsi artırılsın, maya dəyərinin hesablanması qaydaları yenidən işlənsin və xərclər azaldılsın".

P.Heydərov hesab edir ki, sabit tarifin istehlakçıların xərclərinin bərabər şəkildə nizamlanmasının təmin edilməsi üçün nəzərdə tutulduğu bildirilir. Lakin sabit tarif mexanizmindən əvvəl mövcud çatışmazlıqlarının aradan qaldırılması vacibdir.

Gülşən Şərif


SON XƏBƏRLƏR