• Bakı 24° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

"İdeal"ın sahibi vaxtından əvvəl azadlığa buraxıldı

CƏMİYYƏT

16 Iyul 2025 | 21:22

İdealın sahibi vaxtından əvvəl azadlığa buraxıldı

“İdeal” (red.-indiki “Adore”) mağazalar şəbəkəsinin “mənimsəmə” ittihamı ilə məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

Hakim İbrahim İbrahimli İlqar İsmayılovun qalan cəzasının şərti hesab edilməsinə qərar verib. O, saxlanıldığı “kalon”dan azadlığa buraxılıb.

Qeyd edək ki, İ.İsmayılov 2021-ci ilin aprelində həbs edilmişdi.


SON XƏBƏRLƏR

16 Iyul 2025