• Bakı 12° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə maraqlanır

CƏMİYYƏT

14 Noyabr 2025 | 18:54

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə maraqlanır

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf nazirinin müavini Dosjan Musaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən bildirilib.

    Qonaqlar əvvəlcə Azərbaycan KiberTəhlükəsizlik Mərkəzi ilə tanış olublar. Onlara mərkəzin fəaliyyəti, tədris proqramları barədə məlumat verilib.

    Səfər çərçivəsində nümayəndə heyəti Elektron Təhlükəsizlik Xidmətində də olub. Görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

    Qonaqlar daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində olublar. Nazir müavini Samir Məmmədovla görüşdə Azərbaycanda kibermərkəzlərin təşkili və fəaliyyət prinsipi barədə məlumat verilib. Qazaxıstan tərəfi Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.


    SON XƏBƏRLƏR