• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qazaxıstan Çinə 9,1 milyon ton Rusiya nefti tranzit edib

İQTİSADİYYAT

06 Dekabr 2024 | 17:43

Qazaxıstan Çinə 9,1 milyon ton Rusiya nefti tranzit edib

Qazaxıstanın "KazTransOil" şirkəti bu ilin yanvar-noyabr aylarında Çinə 9 milyon 117 min ton Rusiya neftini tranzit edib. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövründə bu marşrut üzrə Rusiya neftinin tranzit həcmi 9 milyon 140 min ton təşkil edib. 

2024-cü ilin dekabrında bu marşrutla 862 min ton həcmində Rusiya neftinin tranziti planlaşdırılır.

Bundan əlavə, "KazTransOil" şirkəti Özbəkistana 225 min ton Rusiya nefti nəql edib. 2023-cü ilin eyni dövründə bu marşrutla 129 min ton Rusiya mənşəli neft göndərilib. 2024-cü ilin dekabrında marşrut üzrə neft tranzitinin planlaşdırılan həcmi 4 min ton təşkil edir.

Həmçinin bu il Uzen-Atırau-Samara magistral neft kəməri ilə 1 milyon 358 min ton Qazaxıstan nefti Almaniyaya göndərilib. 2023-cü ilin eyni dövründə daşıma həcmi 843 min ton təşkil edib. 2024-cü ilin dekabrında bu marşrutla 130 min ton Qazaxıstan neftinin göndərilməsi planlaşdırılır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025