• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qazaxıstanda baş verən yanğında 4 uşaq öldü

HADİSƏ

24 Fevral 2024 | 10:30

Qazaxıstanda baş verən yanğında 4 uşaq öldü

Qazaxıstanın Karaqanda vilayətinin Taldı kəndində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.

Bakıvaxtı.az “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə departamenti məlumat yayıb.

“Yanğın nəticəsində 4 uşaq ölüb. Hadisə baş verən zamanı uşaqlar evdə tək olub”, - o bildirib.

Qeyd edilib ki, yerli hakimiyyət orqanları və əhali ailəyə lazımi köməklik göstərir. Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

SON XƏBƏRLƏR

26 Iyul 2024