• Bakı 19° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı

CƏMİYYƏT

05 May 2025 | 10:32

Qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı

Ötən ilin qəbul göstəricilərinə görə Bakının yaxşı məktəblərinin siyahısı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan mərkəzinin respublika üzrə bütün məktəblərin məzunlarının 2024-cü ildə keçirilən buraxılış və qəbul imtahanlarındakı göstəricilərini əks etdirən statistik məlumatlarda qeyd edilib.

Bildirilib ki, respublika üzrə yaxşı məktəblərin sırasına bu il şəhərin İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 saylı klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 saylı texniki-humanitar lisey, 147 saylı texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına "Tərəqqi" liseyi, “Zəngi” liseyi, 291 saylı Ekologiya liseyi, 287 saylı "Zəkalar" liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62, 70 və 220 saylı məktəb-liseyləri, 145, 161 və 260 saylı tam orta məktəbləri daxil olub.


SON XƏBƏRLƏR