• Bakı 16° C

    2.04 m/s

"Qərb Rusiyanı parçalaya bilməz" - Medvedev

DÜNYA

17 Mart 2022 | 11:43

"Qərb Rusiyanı parçalaya bilməz" - Medvedev

“Rusiya ona və vətəndaşlarına yaraşan dünya nizamı uğrunda mübarizəni davam etdirəcək”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Qərb bizi “tərbiyə edə bilməz”. Rusiyanı itaət etdirə, parçalaya bilməzlər. NATO-nun sərhədlərimizə qədər genişlənməsi, ölkəmizə qarşı iqtisadi və informasiya müharibəsi, hədə-qorxuları indiki gərgin vəziyyətə səbəb olub" - o bildirib.

Medvedev vurğulayıb ki, Qərb ölkələrinin Rusiyaya qarşı davranışı cinayətdir:

“Onlara lazım olanda hər şeyə, o cümlədən Donbasda dinc əhalinin öldürülməsinə göz yuma bilərlər. Kimsə onların əmrinə tabe olmayanda isə Rusiya günahkar olur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR