• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İngiltərədə 79 uşağın qaraciyəri eyni vaxtda sıradan çıxıb - Səbəb nədir?

DÜNYA

16 Aprel 2022 | 02:35 | Müəllif: Qalib İbrahimoğlu

İngiltərədə 79 uşağın qaraciyəri eyni vaxtda sıradan çıxıb - Səbəb nədir?

Böyük Britaniyada əksəriyyəti 6 yaşdan aşağı olan 74 uşağa hepatit - qaraciyərin iltihabı diaqnozu qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər bu problemə adenovirusun səbəb olacağını deyir, lakin COVID ehtimalını da istisna etmirlər. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Təşkilatı (UKHSA) valideynlərə xəbərdarlıq edir ki, uşaqlarda sarılıq kimi simptomlara diqqət yetirsinlər.

Azyaşlı uşaqlarda hepatit hallarının qeyri-adi artımının ilk əlamətləri ötən həftə Şotlandiyada görülüb. İngiltərədə 49, Şotlandiyada 13, Uels və Şimali İrlandiyada 12 hepatit hadisəsi qeydə alınıb./medicina.az/

UKHSA-nın rəsmisi professor Meera Chand bildirir ki, uşaqların qaraciyər iltihabı ilə xəstəxanaya yerləşdirilməsinə səbəb kimi bir neçə mümkün faktor araşdırılır. “Tədqiq etdiyimiz mümkün səbəblərdən biri onun adenovirus infeksiyası ilə əlaqəli olmasıdır. Lakin biz digər səbəbləri də geniş şəkildə araşdırırıq”,- deyə professor bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026