• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul etdi

DÜNYA

15 May 2022 | 19:36

İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul etdi

İsveç NATO-ya üzv olmaq barədə rəsmi qərar qəbul edib.

Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, belə bir bəyanatla hakim Sosial Demokrat Partiyası çıxış edib.

"Sosial Demokrat Partiyası bu gün, 2022-ci il mayın 15-də keçirilən iclasında təşkilatın İsveçin NATO-ya üzv olmaq üçün müraciət etməsinə nail olmaq üçün çalışacağına qərar verib", - rəsmi məlumatda deyilir.

Qeyd edək ki, bu gün Finlandiya da Şimali Atlantika Alyansına qoşulmaq üçün rəsmi qərar qəbul edib.

Daha əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Berlinin Avropa İttifaqındakı (Aİ) müttəfiqləri kimi İsveç əslində alyansın formal üzvü olmadan artıq NATO-nun bir hissəsidir. Onun sözlərinə görə, əgər təşkilata üzv olmaq üçün müraciət edilsə, Almaniya müvafiq sənədləri dərhal ratifikasiya edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026