• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Türkiyə Ukraynaya humanitar yardım çatdıracaq

DÜNYA

16 Aprel 2022 | 09:32 | Müəllif: Subhan Mahmudov

Türkiyə Ukraynaya humanitar yardım çatdıracaq

Ukraynadan mülki şəxslərin təxliyəsi üçün Ankaranın ayırdığı gəmilər bu ölkəyə həm də humanitar yardım çatdıracaq.

Bakıvaxtı.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

Nazirin sözlərinə görə, Türkiyə ilk gündən vətəndaşlarının və digər mülki şəxslərin Ukraynadan təhlükəsiz təxliyəsi üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan edib.

Hulusi Akar Ankaranın Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha təsdiqləyib.

Həmçinin Ukraynada daha çox insan itkisinin qarşısını almaq və bu ölkədə sülh və sabitliyin ən qısa zamanda təmin edilməsi üçün dərhal atəşkəsə ehtiyac olduğu vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026