• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qətl törətmiş şəxsi həbsdən çıxan kimi öldürmək istədilər

HADİSƏ

08 Iyun 2023 | 11:19

Qətl törətmiş şəxsi həbsdən çıxan kimi öldürmək istədilər

Bakıda keçmiş məhbus bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, dünən axşam saatlarında Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Natiq Yavər oğlu Hüseynov çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədilməsi hələlik məlum deyil.

İlkin araşdırmalar zamanı məlum olub ki, Natiq Hüseynov 2013-cü ildə Sabunçuda tanışı, 26 yaşlı Elmir Quluzadəni qətlə yetirib. Həmin əmələ görə barəsində cinayət işi açılan Natiq həbs edilib. 10 ilə yaxın həbsdə olan şəxs yenicə azadlığa çıxıbmış.

Faktla bağlı araşdırmalar davam etdirilir. /Qafqazinfo


SON XƏBƏRLƏR

26 Iyul 2024