• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gədəbəydə minik avtomobilləri toqquşub - yaralılar var

HADİSƏ

07 Iyul 2023 | 18:16 | Müəllif: Subhan Mahmudov

Gədəbəydə minik avtomobilləri toqquşub - yaralılar var

Gədəbəydə minik avtomobilləri toqquşub, 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Gədəbəy-Söyüdlü yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə digər minik avtomobilinin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Elgün Vaqif oğlu Həsənov, 1958-ci il təvəllüdlü Kifayət Nadiq qızı Alıyeva və Rusiya vətəndaşı olan şəxs müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş hər üç şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026