Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
1991-ci il təvəllüdlü Güllü Mehdiyeva yolu keçərkən onu "Toyota Prius" markalı avtomobil vurub.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı qadının bətnindəki uşağın öldüyü aşkarlanıb.
Son məlumata görə, 2001-ci il təvəllüdlü Güllü Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Bu barədə Sabunçu Tibb Mərkəzindən bildirilib. /apa















