• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Keçmiş məhkumdan “Kalaşnikov” götürüldü

HADİSƏ

05 Sentyabr 2023 | 08:59 | Müəllif: Qalib İbrahimoğlu

Keçmiş məhkumdan “Kalaşnikov” götürüldü

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov Horadiz şəhəri ərazisində saxlanılıb. Onun əlindəki çantaya keçirilən baxış zamanı 1 ədəd "AK-74" markalı avtomat, 30 ədəd patron və 2 ədəd silindr formalı partlayıcı fişəng aşkar edilərək götürülüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, həmin şəxs dindirilmə zamanı silah-sursatı bir müddət əvvəl tapdığını və rayon ərazisində basdıraraq gizlətdiyini bildirib. O, daha sonra silah-sursatı gizlətdiyi yerdən götürərək yaşadığı Salyan rayonuna aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Keçmiş məhkumdan “Kalaşnikov” götürüldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026