İmişlidə ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bəhramtəpə-Biləsuvar yolunun rayonun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Araz Kazımlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Elvin Qurbanovun idarə etdiyi “Belarus” markalı traktorla toqquşub.
Nəticədə minik avtomobilin sərnişini Çingiz Ağayev ölüb, sürücü isə ağır xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanılıb.



%20(1)%20(1)jpg-1698988582.webp)

jpg-1698951681.webp)










