• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xaçmazda keçmiş məhkum qətlə yetirildi - YENİLƏNİB

HADİSƏ

02 Noyabr 2023 | 18:05 | Müəllif: Qalib İbrahimoğlu

Xaçmazda keçmiş məhkum qətlə yetirildi - YENİLƏNİB

Xaçmazda qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Xaçmaz rayon prokurorluğundan  Bakıvaxtı.az-a verilən məlumata görə, noyabrın 2-də 1987-ci il təvəllüdlü Samir Alxasovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin noyabrın 01-də saat 17 radələrində Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Oruc Nəsrullayev prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.

     

     

    15:23

    Noyabrın 2-si saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyininin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

    Məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.

    Əlavə məlumat veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR