• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sumqayıtda klinikada faciə: Antibiotik vurulan şəxs öldü 

HADİSƏ

02 Noyabr 2023 | 16:28 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda klinikada faciə: Antibiotik vurulan şəxs öldü

Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.

Klinikadan faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb/apa.

Baş Prokurorluq Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxsin ölümü faktını araşdırır.

Qurumdan verilən məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026