• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qaradağda evdə yanğın oldu - YENİLƏNİB

HADİSƏ

03 Oktyabr 2023 | 16:27

Qaradağda evdə yanğın oldu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 135 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 130 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

15:49

Bakıda yaşayış evində yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Ümid qəsəbəsində baş verib. Hadisə nəticəsində bir nəfər yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən  verilən xəbərə görə, Ümid qəsəbəsində birmərtəbəli yaşayış evində yanğın olması ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb və yaxınlığında olan evlərə keçməsinin qarşısı alınıb. Yanğın olan ərazidə aparılan tədqiqat zaman bir nəfərin meyiti aşkarlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026