• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürdü

HADİSƏ

02 Noyabr 2023 | 09:12

Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürdü

Sumqayıtda 44 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sülh prospekti ilə Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Hafiz Tanrıverdiyevi yolun əks istiqamətinə keçmək istəyərkən avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib.
Əraziyə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, təcili tibbi yardım xidmətinin briqadası cəlb olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026