• Bakı 12° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Cəlilabadda BIÇAQLANMA

HADİSƏ

04 Sentyabr 2023 | 14:13 | Müəllif: Qalib İbrahimoğlu

Cəlilabadda BIÇAQLANMA

Cəlilabadda bıçaqlanma olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində rayonun Privolnoye kənd sakini, 1998-ci il təvəllüdlü Natiq Abbasova çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, sol bazunun, sol dirsəyin, döş qəfəsinin və bel nahiyəsinin kəsilmiş deşilmiş diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Cəlilabad şəhər sakini Əli Həsənov aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Privolnoe kənd sakini Natiq Abbasova kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Faktı törətməkdə şübhəli bilinən Ə.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026