• Bakı 18° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Vətən müharibəsi qazisi intihara cəhd etdi - YENİLƏNİB

HADİSƏ

02 Oktyabr 2023 | 23:28 | Müəllif: Subhan Mahmudov

Vətən müharibəsi qazisi intihara cəhd etdi - YENİLƏNİB

"Vətəndaş Elçin Məmmədov TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə huşsuz vəziyyətdə yerləşdirilib".

KTM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, ona zəruri tibbi xidmət göstərilib, hazırda vəziyyəti stabildir.

"Lakin onun intihar edib-etməməsi ilə bağlı dəqiq məlumat yoxdur. Suallara adekvat cavab vermir. Klinika  bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Onun müalicəsi  davam etdirilir", - deyə açıqlamada qeyd olunub.

 

22:35

Vətən müharibəsi qazisi intihara cəhd edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. 

Belə ki, üç ildir ƏƏSMN-dən əlilliyini ala bilməyən, Bakıda yaşayan Siyəzən rayon sakin Məmmədov Elçin özünə qəsd edib.

Onun hazırda 1 saylı şəhər Kliniki Tibbi Mərkəzin (Semaşko) toksikologiya şöbəsində komada olduğu bildirilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026