• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ucarda 2 ağırtonnajlı avtomobil toqquşdu - Yaralılar var

HADİSƏ

31 Oktyabr 2023 | 22:22

Ucarda 2 ağırtonnajlı avtomobil toqquşdu - Yaralılar var

Ucardakı qəzada xəsarət alan sürücünün şəxsiyyəti müəyyən edilib.

Bakıvaxtı.az  xəbər verir ki, zərərçəkən 1956-cı ildə anadan olmuş Türkiyə vətəndaşı Şahin İlyas Şevketdir. Ona qarnın küt travması, daxili qanaxma, sağ said sümüklərinin açıq sınığı və üçüncü dərəcəli hemorrogik şok diaqnozu qoyulub.

***

Ucarda 2 ağırtonnajı yük avtomobili toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan 2 yük avtomobilinin toqquşması nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti ağır olduğundan hələlik şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Qəza nəticəsində magistral yolda hərəkət qismən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026