• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Kafesində qumar oyunları təşkil edən şəxs SAXLANILDI

HADİSƏ

30 Noyabr 2023 | 11:09

Kafesində qumar oyunları təşkil edən şəxs SAXLANILDI

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məhəmmədi qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunlarının təşkili aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Özünə məxsus kafedə qumar oyunları təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


SON XƏBƏRLƏR