• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Yevlaxda maşın kanala düşdü: Ölən var

HADİSƏ

30 Dekabr 2023 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

Yevlaxda maşın kanala düşdü: Ölən var

Yevlax şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Yevlax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nİva” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026