Dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlının meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
***
17:33
Cəlilabadda kanalda boğulanlar azyaşlı bacılardır.
Bakıvaxtı.az xəbər verir ki, kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.
İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.
Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir./APA
***
16:59
Cəlilabadda iki nəfər kanala düşərək boğulub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
İki nəfərin kanala düşərək boğulduğu bildirilir.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
















