• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Xocavənddə yük avtomobili aşdı - sürücü öldü

HADİSƏ

29 Dekabr 2023 | 22:22 | Müəllif: Subhan Mahmudov

Xocavənddə yük avtomobili aşdı - sürücü öldü

Xocavənd rayonunda yük avtomobili aşıb, 44 yaşlı sürücü ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi "Hova" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili aşıb. Sürücü 1979-cu il təvəllüdlü A.Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026