Ucarda azyaşlını maşın vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb. Rayonun Bərgüşad kənd sakini, 1995-ci il təvəllüdlü Aydın İsmayıl oğlu Müslümzadənin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə piyada, şəhər 4 nömrəli məktəbin şagirdi, 2016-cı il təvəllüdlü Məryəm Teymur qızı Nurizadəni vurub.
Azyaşlı ağır xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi yardımdan sonra M. Nurizadə Göyçay xəstəxanasına göndərilib. Fakt araşdırılır./APA
















