• Bakı 11° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda uşaq sığınacağına hücum edildi - YENİLƏNİB + VİDEO

HADİSƏ

06 Avqust 2023 | 17:41 | Müəllif: Subhan Mahmudov

Bakıda uşaq sığınacağına hücum edildi - YENİLƏNİB + VİDEO

Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı məlum olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, bu gün səhər saatlarında diləndirilən iki azyaşlı sığınacağa yerləşdirilib və münaqişə yaradanlar da həmin uşaqların valideynləridirlər. “Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar isə təhlükəsiz yaşamağı, təhsil almağı haqqına sahibdirlər. Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək münaqişə yaradanları ərazidən uzaqlaşdırdı və barələrində araşdırma aparılacaq”, - deyə K.Ağazadə qeyd edib.

 

17:05

Bakıda sığınacağa hücum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Belə ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Həmin görüntüləri təqdim edirik:

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR