• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

60 yaşlı kişi qətlə yetirildi

HADİSƏ

05 Sentyabr 2023 | 09:48

60 yaşlı kişi qətlə yetirildi

Şirvanda qətl törədilib.

Şirvan şəhər prokurorluğundan Bakıvaxtı.az-a verilən xəbərə görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR