• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ağdamda talvarlar yanıb - 3 nəfər tüstüdən zəhərlənib

HADİSƏ

06 Avqust 2023 | 10:15 | Müəllif: Subhan Mahmudov

Ağdamda talvarlar yanıb - 3 nəfər tüstüdən zəhərlənib

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində ümumi sahəsi 16 m² olan talvarın yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və ərazidə yığılan 78 ton ot bağlamasının 41 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026