• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ağdaşda “Kamaz” yandı - VİDEO

HADİSƏ

08 Iyul 2023 | 10:18

Ağdaşda “Kamaz” yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Ağdaş Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Kamaz” markalı yük avtomobilinin kabinasında baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR