• Bakı 13° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qeyri-sabit hava şəraiti… - DYP-dən RƏSMİ XƏBƏRDARLIQ

CƏMİYYƏT

20 Aprel 2025 | 16:02

Qeyri-sabit hava şəraiti… - DYP-dən RƏSMİ XƏBƏRDARLIQ

Ölkə ərazisində bir necə gün davam edən qeyri-sabit hava şəraiti mülayimləşsə də, külək və yağışın yaratdığı fəsadlar tam aradan qaldırılmayıb.

Bu barədə Bakıvaxtı.az-a BDYPİ-dən bildirilib.

Bir sıra bölgələrdə hələ də əlverişsiz hava  şərtləri hökm sürür ki, bu da həmin ərazilərdə avtomobil idarə edərkən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında müşahidə olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırdığını nəzərə alaraq, sürücülər zəruri ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir.


SON XƏBƏRLƏR

19 Aprel 2025