• Bakı 18° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Optimist olmağın yolları: Mənfiliyə qapılmayın

CƏMİYYƏT

20 May 2025 | 14:42

Optimist olmağın yolları: Mənfiliyə qapılmayın

Optimist olmaq bütün mənfi təcrübələrə baxmayaraq öyrənilə bilən bir şeydir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika Psixoloji Dərnəyinin araşdırmasının nətisəndə ter alıb. Belə ki, adıçəkilən dərnək 3000-dən çox insanı əhatə edən araşdırma aparıb. Araşdırna nəticəsində məlum olub ki, insanların çoxu gün ərzində stresdən əziyyət çəkirlər. Həyatınızdakı travma və mənfiliklərin sizi ruhdan salmasına imkan verməyin. Bu, həm də həyata daha pozitiv baxmağınıza kömək edir.

Optimist olmağın 5 təsirli yolu bunlardır:

1. Fokus nöqtənizi həyatınızdakı əskiklərinizə yox, sahib olduqlarınııza çevirin: Hər gün minnətdar olmaq üçün ən azı üç şey tapın. Bu, diqqətinizi çatışmayan şeylərə deyil, sahib olduqlarınıza yönəldir. Məsələn: “Mən bu gün sağlam oyandım”, “Sevdiyim insanla vaxt keçirdim”, “İçdiyim qəhvə çox xoş idi”.

2. Pozitiv düşünməyə vərdiş edin: Mənfi fikirlər gəldikdə onlara diqqət yetirin və şüurlu şəkildə onları müsbət alternativlərlə əvəz edin: “Mən bunu bacarmıram” əvəzinə “Çətindir, amma öyrənə bilərəm”.

3. Pozitiv, yüksək enerji insanlara daha tez-tez görüşün: Yüksək enerjili, pozitiv insanlar enerjinizi də artırır. Mənfi insanlardan uzaq olmaq nikbinliyinizi qorumağa kömək edəcək.

4. Özunüzü təndiq etməkdən qaçın: Özünüzü tənqid etmək əvəzinə özünüzü dəstəkləyin. Səhvlərinizin olması normaldır. Dostunuzla danışırmış kimi daxili səsinizi yumşaq edin.

5. Gələcəyə ümidlə baxın: Məqsədlər qoyun və kiçik addımlar atın. Çətinliklər olsa da, irəliləyiş hissi sizi motivasiya edəcək və ümidləndirəcək.

Laləzər Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR