• Bakı 18° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Direktorun ikinci töhməti: Məktəb kimə həvalə olunub?

CƏMİYYƏT

20 May 2025 | 15:15

Direktorun ikinci töhməti: Məktəb kimə həvalə olunub?

Xəbər verdiyimiz kimi, əmək fəaliyyətində yol verdiyi nöqsana görə 278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, bundan öncə də töhmət alıb.

Belə ki, araşdırmamıza əsasən 2022-ci ilin 21 sentyabrında Vətən müharibəsi iştirakçısı, qazi polkovnik Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Nəticədə, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.

Qeyd edək ki, sözügedən hərbçi özünü direktora təqdim edərkən müharibə iştirakçısı olduğunu vurğulayıb. Sevinc Hüseynova isə qarşılığında “Burada şou göstərmək lazım deyil” ifadəsindən istifadə edib.

Onu da bildirək ki, Sevinc Hüseynova 18 sentyabr 2023-cü ildən Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin direktorudur.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR