İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 14 nəfər artaraq 44 min 249-a çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd edilib.
Məlumatda İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 hücumda 14 nəfərin həyatını itirdiyi, 108 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 249-a, yaralıların sayı isə 104 min 746-ya çatıb.
Əli Hüseynov